Cənubi Muğan kanalına suyun verilişi müvəqqəti dayandırılıb

Baş səhifə
Cənubi Muğan kanalına suyun verilişi müvəqqəti dayandırılıb

Cənubi Muğan kanalına suyun verilməsi müvəqqəti olaraq dayandırılıb.

“Report”un Muğan bürosunun məlumatına görə, buna səbəb Bəhramtəpə Hidroqovşağında aparılan təmir-bərpa işləridir.

Kanala suyun verilişinin 10–12 gün müddətində bərpa olunacağı gözlənilir.

Qeyd edək ki, Cənubi Muğan kanalı 1960-cı ildə istismara verilib. Uzunluğu 65 kilometr olan kanal İmişli, Biləsuvar və Cəlilabad rayonlarında istifadə olunur.