
Bakı. TTrend:
ABŞ prezidenti Donald Trampın İrana qarşı təhdidləri fonunda
neft bazarında qiymətlər artmağa başlayıb və “Brent” markalı neftin
qiyməti avqust ayından bəri ilk dəfə bir barel üçün 71 dollardan
yuxarı qalxdı.
Trend-in məlumatına görə, London “ICE Futures” birjasında mart
ayı üçün “Brent” markalı neftin fyuçerslərinin qiyməti bir barel
üçün 70,69 dollar təşkil edir ki, bu da əvvəlki ticarət
sessiyasının bağlanışından 2,29 dollar (3,35%) çoxdur.
Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarət
platformasında mart ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti
2,03 dollar (3,21%) artaraq bir barel üçün 65,24 dollara çatıb.

