Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibinin futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq

Baş səhifə
Çempionlar Liqası: Qarabağın potensial rəqibinin futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq

Fransanın PSJ klubunun hücumçusu Xviça Kvaratsxeliya zədə səbəbindən təxminən 20 gün yaşıl meydanlardan kənarda qalacaq.

“Report” “RMC Sport” nəşrinə istinadən xəbər verir ki, futbolçu UEFA Çempionlar Liqasının VIII turunda İngiltərənin “Nyukasl” klubuna qarşı keçirilən oyunda (1:1) topuq nahiyəsindən zədə alıb.

22-ci dəqiqədən etibarən Kvaratsxeliya qarşılaşmanı davam etdirə bilməyib.

Qeyd edək ki, PSJ UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la bərabər “Qarabağ”ın potensial rəqibləridirlər. Ağdam təmsilçisinin 1/8 final mərhələsinə gedən yoldakı rəqibi sabah müəyyənləşəcək.