
Bakı. Trend:
Avropa İttifaqı dörd rusiyalı televiziya jurnalistinə – Dmitri
Quberniyev, Yekaterina Andreyeva, Pavel Zarubin və Mariya Sittelə,
həmçinin artistlər Roman Çumakov (təxəllüsü – Roma Jiqan) və Sergey
Poluninə qarşı sanksiyalar tətbiq edib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Aİ-nin “Rəsmi Jurnalı”nda dərc
olunan sənəddə qeyd olunur.
Avropa İttifaqı onların hamısını peşəkar jurnalist və
yaradıcılıq fəaliyyəti çərçivəsində Ukrayna ilə bağlı Rusiya
Federasiyası hökumətinin fəaliyyətini dəstəkləməkdə ittiham
edib.
Aİ-nin fərdi sanksiyaları Avropa İttifaqı ərazisinə girişin
qadağan edilməsini, həmçinin mövcud olduğu təqdirdə Avropa
banklarında yerləşən istənilən maliyyə aktivlərinin dondurulmasını
nəzərdə tutur.


