Zəngəzur dəhlizinin TEN-T şəbəkəsinə daxil edilməsi Aİ ilə müzakirə olunub

Baş səhifə

Bakı. Trend:

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında Zəngəzur dəhlizinin
Aİ-nin Trans-Avropa nəqliyyat şəbəkələrinə (TEN-T) əlavə olunması
üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Trend xəbər
verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad
Nəbiyev “X” hesabında paylaşım edib.




“Avropa Komissiyasının Qonşuluq və Genişlənmə danışıqları üzrə
baş direktoru Gert Can Kupman ilə görüş keçirdik.

Görüşdə Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafı və bu
istiqamətdə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına
başlanılması ilə bağlı məsələləri müzakirə etdik. Zəngəzur
dəhlizinin Aİ-nin Trans-Avropa nəqliyyat şəbəkələrinə (TEN-T) əlavə
olunması, Orta Dəhlizin potensialının artırılması və
rəqəmsallaşdırılması, eləcə də aviasiya, dəniz nəqliyyatı, süni
intellekt və kibertəhlükəsizlik sahələrində Aİ ilə əməkdaşlıq
imkanları barədə fikir mübadiləsi apardıq.

Süni intellekt və kibertəhlükəsizlik sahəsində kadr potensialının
gücləndirilməsi, Aİ şirkətlərinin ölkəmizdə fəaliyyəti barədə
danışdıq.

Eyni zamanda Azərbaycanın Aİ-nin “Horizon Europe” proqramı
çərçivəsində layihələrdə iştirakı imkanlarını nəzərdən keçirdik”, –
paylaşımda qeyd edilib.