Tailandda təyyarə qəzası – Ölənlər var

Baş səhifə

Bakı. Trend:

Tailandda Kral Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə Çianqmay
əyalətinda qəzaya uğrayıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

İlkin məlumata görə, turbovintli yüngül qırıcı-kəşfiyyatl “AT-6”
təyyarəsi yerli vaxtla 10:30-da (Bakı vaxtı ilə 07:30) meşəlik
ərazidə yerə çırpılıb.




Qəza nəticəsində təyyarənin hər iki pilotu həlak olub.

Hadisə yerinə fövqəladə hallar xidmətinin əməkdaşları səfərbər
olunub, faktla bağlı araşdırma aparılır.