Rubio: “Sülh Şurası”nın əsas diqqəti Qəzzada planın növbəti mərhələlərinə yönəlib

Baş səhifə

Hazırda “Sülh Şurası”nın əsas diqqət mərkəzində Qəzzada planın ikinci və üçüncü mərhələlərinin idarə olunması dayanır.

APA xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib.

“Biz dəvət edilən bütün ölkələri alqışlayırıq”, – deyə Rubio qeyd edib.

ABŞ dövlət katibi vurğulayıb ki, “Sülh Şurası” BMT Təhlükəsizlik Şurası tərəfindən tanınan beynəlxalq qurumdur.