
Bakı. Trend:
Portuqaliyada Pireney yarımadasına cənginə almıış qar fırtınası
ilə əlaqədar yüz minlərlə insan işıqsız qalıb.
Trend bu barədə
İspaniya KİV-ə istinadən xəbər verir.
Məlumata əsasən, əlverişsiz hava şəraiti ilə əlaqədar
səbəblərdən 2 nəfər dünyasını dəyişib.
Bildirilir ki, çovğun yüzlərlə insidentə, təhsil müəssisələrində
dərslərin dayandırılmasına, bir çox yerlərdə nəqliyyatın iflic
olmasına gətirib çıxarıb.


