
Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
tərəfindən yanvarın 27-də keçirilən hərracda 22 nəqliyyat vasitəsi
satılıb.
Trend bu barədə
dövlət xidmətinə istinadən xəbər verir.
Dövlət əmlakı üzrə növbəti hərrac 3, 10 və 17 fevral
tarixlərində keçiriləcək.
Satışa çıxarılan əmlakın siyahısı ilə Əmlak Məsələləri Dövlət
Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.
Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az”
və “www.auksion.gov.az” internet saytlarından seçim edə
bilərlər.


