
Bakı. Trend:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM)
işçilərinin könüllü tibbi sığortasına sərf olunacaq vəsaitin həcmi
məlum olub.
Trend-in
məlumatına görə, DİM bununla bağlı müvafiq işləri
yekunlaşdırıb.
Belə ki, DİM ümumilikdə 820 işçisini (340 işçi, 480 ailə üzvü (o
cümlədən 430 kişi, 390 qadın və 24 nəfər 3 yaşa qədər uşaq)
sığortalayacaq şirkəti artıq müəyyənləşdirib.
Qurum işçilərinin könüllü tibbi sığortası üçün “Meqa Sığorta”
Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə razılaşıb və müqavilə
bağlanılıb.
Müqaviləyə əsasən, DİM-in 820 işçisinin könüllü tibbi sığortası
237,8 min manata başa gələcək.


