
Cənubi Muğan kanalına sabahdan suyun verilişi müvəqqəti dayandırılacaq.
“Report”un Muğan bürosunun məlumatına görə, buna səbəb Bəhramtəpə Hidroqovşağında aparılacaq təmir işləridir.
Kanala suyun 10 gün sonra veriləcəyi gözlənilir.
Qeyd edək ki, Cənubi Muğan kanalı 1960-cı ildə istismara verilib. Uzunluğu 65 kilometrdir. Onun suyundan Azərbaycanın üç rayonunda – İmişli, Biləsuvar və Cəlilabadda istifadə olunur.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


