T-90 tankının yaradıcılarından biri vəfat edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

“T-90” tankının yaradıcılarından biri və “Uralvaqonzavod”un baş
konstruktoru Nikolay Molodnyakov 89 yaşında vəfat edib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu “Uralvaqonzavod”un mətbuat xidməti
məlumat yayıb.

Qeyd edilir ki, Nikolay Molodnyakov Rusiya Federasiyasının
əməkdar konstruktoru, fəxri maşınqayırma mütəxəssisi, Rusiya Raket
və Artilleriya Elmləri Akademiyasının müxbir üzvü, texnika elmləri
namizədi, elm və texnika sahəsində Rusiya hökuməti mükafatının
ikiqat laureatı olub. O, həyatını ölkənin zirehli-tank müdafiəsinə,
“Uralvaqonzavod”a və Ural Nəqliyyat Maşınqayırma Konstruktor
Bürosuna (UKBTM) həsr edib.




Molodnyakovun fəaliyyəti “T-72” və “T-90” tank ailələrinin
yaradılması, silahlanmaya qəbul edilməsi və modernləşdirilməsi ilə
sıx bağlı olub. Bu tanklar Rusiya zirehli qoşunlarının əsasını
təşkil edir.

T-90 əsas döyüş tankı Rusiyada 1990-cı illərdə “T-72”-nin
texnologiyası əsasında yaradılmış və bu gün də Rusiya ordusunun
əsas tanklarından biridir; o, 125 mm 2A46M tipli hamar borulu topla
güclü atəş qabiliyyətinə malikdir və avtomatik yükləyici sistemi
ilə təchiz edilmişdir.