
Bakı. Trend:
2025-ci ildə Azərbaycanda Ani Ödənişlər Sistemi vasitəsilə
həyata keçirilmiş əməliyyatların həcmi 368,8 milyon manat, miqdarı
isə 1,5 milyon ədəd olub.
Trend bu barədə
Azərbaycanın Mərkəzi Bankına (AMB) istinadən məlumat verir.
2024-cü illə müqayisədə AÖS vasitəsilə aparılmış əməliyyatların
həcmi 258,9 milyon manat və ya 3,4 dəfə, miqdarı isə 1,384 milyon
ədəd və ya 15 dəfə artıb.
2024-cü ildə AÖS vasitəsilə həyata keçirilmiş əməliyyatların
həcmi 109,9 milyon manat təşkil edib, sayı isə 99 min ədəd
olub.
Qeyd edək ki, 31 dekabr 2025-ci il tarixinə Azərbaycanda
fəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrinin
sayı 87, bankomatların sayı isə 3 486 təşkil edib.
Hesabat ayında bank sektorunda çalışanların sayı 1,4% və ya 369
nəfər artaraq 27,389 nəfərə çatıb. İlin əvvəli ilə müqayisədə artım
8% və ya 2,026 nəfər olub.
2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət
göstərən bankların cəmi aktivləri 57,086 milyard manat təşkil
edib.
Məlumata əsasən, hesabat dövründə bankların məcmu öhdəlikləri
49,744 milyard manat, balans kapitalı isə 7,343 milyard manat
olub.


