
Bakı.Trend:
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun
təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət
Proqramı”nda qeyd edilən avtomobil yolları üzrə layihələrdən 25-i
yol infrastrukturunun tikintisi ilə əlaqədardır.
Trend xəbər
verir ki, bu fikirləri bu gün Rəqəmsal İnkişaf və nəqliyyat
nazirinin müavini Rəhman Hümmətov “Bakı şəhərində və ətraf
ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair
2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə
icrasına həsr olunmuş dəyirmi masada çıxış edərkən deyib.
O bildirib ki, hazırda bu layihələrdən dördünün
(Bilgəh–Novxanı–VAZ dairəsi–Xırdalan–M-4; Akademik Həsən
Əliyev–“Koroğlu” metrostandiyası; Xaqani Rüstəmov–Ağa Nemətulla;
VAZ dairəsi–M4 Şamaxı yolu) tikintisi icra edilir.
“Bu il daha 4 yolun (Məhəmməd Xiyabani–Dairəvi-1; M-4–Xırdalan
(mərkəz) tunel; Xırdalan dairəsi; Əbdülvahab Salamzadə–Ziya
Bünyadov) tikintisinin başlaması nəzərdə tutulub”


