
Bakı. Trend:
Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu
keçirəcək.
Trend xəbər verir
ki, Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin
VIII turu çərçivəsində İngiltərədə “Liverpul”un qonağı olacaq.
“Enfield Road” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə
saat 00:00-da start götürəcək.
Oyunu slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək. Ona
köməkçi hakimlər kimi Branislav Hançko və Yan Pozor yardım
edəcəklər. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə
yetirəcək. VAR-da niderlandlı Pol van Boekel, AVAR-da isə belçikalı
Yan Boterberq çalışacaq.
Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində
keçirdiyi yeddi oyunda üç qələbə, bir heç-heçə və üç məğlubiyyətlə
10 xal toplayıb və turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.


