
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp ölkəyə tətbiq olunan gömrük
tariflərinin təxminən 600 milyard dollar gəlir gətirdiyini
bildirib.
Trend xəbər verir
ki, bu barədə Tramp “Fox News” telekanalına verdiyi müsahibədə
danışıb.
Prezident deyib: “Tariflər uğur üçün vacibdir. Biz 600 milyard
dollarlıq tarif gəliri əldə etmişik.”
O əlavə edib ki, əgər ABŞ Ali Məhkəməsi tarif tədbirlərini
etibarsız hesab edərsə, administrasiya onların əvəzini tapacaq.
Xatırladaq ki, Tramp 2025-ci il aprelin 2-də 185 ölkədən idxal
olunan məhsullara tariflər tətbiq etdiyini elan etmiş, daha sonra
isə bəzi ölkələrdən gətirilən mallara tarif dərəcələrində
dəyişikliklər edib.


