Bakı. Trend:
ABŞ-də güclü qar fırtınası nəticəsində ölənlərin sayı 42-yə
çatıb.
Trend xəbər verir
ki, bu barədə ABC News məlumat yayıb.
Məlumata görə, ölkə üzrə uçuşların təxminən 25 faizi təxirə
salınıb. Bazar günü gecikən reyslərin sayı 11 minə çatıb ki, bu da
pandemiyadan bu yana ən yüksək göstərici hesab olunur.
Eyni zamanda, yarım milyon insan hələ də elektrik enerjisiz
qalır. Bildirilir ki, ölkədə bir sıra federal qurumların fəaliyyəti
də müvəqqəti dayandırılıb.

