“Atletiko Madrid” Leon Goretzka transferində yenidən fəallaşıb

Baş səhifə

Bakı. Trend:

İspaniyanın “Atletiko Madrid” klubu alman futbolçu Leon
Goretzkanın transferi ilə bağlı yenidən aktiv mərhələyə keçib.

Trend xəbər verir
ki, Madrid təmsilçisi ilə futbolçunun meneceri arasında yeni
əlaqələr qurulub və potensial keçidlə bağlı danışıqlar
aparılır.




Mənbələrin məlumatına görə, “Atletiko Madrid” Goretzkaya əsas
heyətdə yer və kifayət qədər oyun vaxtı təklif etməyi planlaşdırır.
Transferlə bağlı konkret addımların və mümkün razılaşmaların yaxın
günlərdə dəqiqləşəcəyi gözlənilir.

Qeyd edək ki, Leon Goretzka hazırda “Bayern Münhen” klubunun
formasını geyinir və yarımmüdafiə xəttində həm hücum, həm də
müdafiə funksiyalarını yerinə yetirir.