“Amazon” bəzi ərzaq mağazalarını bağlayacaq

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin “Amazon.com Inc.” şirkəti “Amazon Fresh” ərzaq
dükanlarını və addım məsafəsində avtomatlaşdırılmış “Amazon Go”
mağazalarını bağlayacağını açıqlayıb.

Trend xəbər verir
ki, bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib.




Məlumata görə, “Amazon” diqqətini ərzaq məhsullarının onlayn
sifarişlə çatdırılmasına və təbii məhsullara yönəlmiş daha premium
“Whole Foods Market” şəbəkəsinin genişləndirilməsinə yönəldəcək.
Bağlanan bəzi mağazalar şirkətin digər ticarət obyektlərinə
çevriləcək.

Şirkət yaxın illərdə 100-dən çox yeni “Whole Foods” mağazası
açmağı planlaşdırır. Qeyd edək ki, “Amazon” bu şəbəkəni 2017-ci
ildə təxminən 13,5 milyard dollara satın alıb.