NASA təyyarəsi şassinin açılmaması səbəbindən məcburi eniş edib

Baş səhifə

Bakı. Trend:

NASA-nın “WB-57” tədqiqat təyyarəsi şassinin açılmaması
səbəbindən Texas ştatının Ellinqton Hava Limanına qəza enişi
edib.

Trend xəbər verir
ki, bu barədə yerli KİV-lər məlumat yayıb.

Kadrlarda təyyarənin gövdəsinin alt hissəsi ilə uçuş-enmə
zolağına toxunaraq alov və qığılcımlar saçdığı, sürüşərək eniş
etdiyi görünür.




Daha sonra NASA hadisənin şassinin açılmaması səbəbindən baş
verdiyini və bunun mexaniki nasazlıqdan qaynaqlandığını
təsdiqləyib. Qəza xidmətlərinin operativ fəaliyyəti sayəsində pilot
və sərnişinlər təyyarəni heç bir xəsarət almadan təhlükəsiz şəkildə
tərk ediblər.

Hazırda nasazlığın səbəblərini müəyyən etmək üçün araşdırma
aparılır.