İspaniya ölümcül dəmiryolu qəzasından zərərçəkənlərə 20 milyon avro ayıracaq

Baş səhifə

Bakı. Trend:

İspaniya hökuməti Əndəluz muxtar icmasında baş vermiş dəmir yolu
qəzasından zərər çəkənlərə təxminən 20 milyon avro məbləğində
yardımın ayrılması haqda sərəncam verib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə İspaniyanın nəqliyyat naziri
Oskar Puente mətbuat konfransında bildirib.




“Zərərçəkənlər əvvəlki illərdə baş verən qəzalar zamanı olduğu
kimi, tibbi xərcləri, psixoloji yardım və səfər xərclərini
qarşılamağa imkan verən maliyyə dəstəyini almaq üçün
gözləməməlidirlər. Ümumilikdə, yardım və ilkin ödənişlər nəzərə
alınmaqla, məbləğ 20 milyon avro təşkil edir”, – deyə nazir
vurğulayıb.

Xatırladaq ki, 18 yanvar 2026‑cı il tarixində İspaniyanın
cənubunda, Əndəluz bölgəsində iki yüksək sürətli qatarın toqquşması
nəticəsində təxminən azı 39 nəfər həlak olub və yüzlərlə sərnişin
yaralanıb.