Sabah hava yağıntılı olacaq

Baş səhifə

Bakı. Trend:

Yanvarın 28-də Bakıda və Abşeron yarımadasında havanın bəzi
yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir.

Trend xəbər
verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən,
mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-4, gündüz 5-9 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 768 mm civə sütunundan 763 mm civə sütununa
enəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.




Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,
lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı
var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi dağlıq və
dağətəyi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti,
gündüz 5-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək
dağlıq ərazilərdə 11-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta
olacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı
ehtimalı var.