Azərbaycanda dövlət əmlakının icarəsindən büdcə daxilolmaları 23 % artıb

Baş səhifə
Azərbaycanda dövlət əmlakının icarəsindən büdcə daxilolmaları 23 % artıb

2025-ci ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) xətti ilə dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar 46,2 milyon manat təşkil edib.

“Report” bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 22,9 % çoxdur. İcarə daxilolmaları proqnozdan 35,9 % çox icra edilib.

Ötən il 4 957 yeni icarə müqaviləsi bağlanılıb ki, bunun 621-i qeyri-yaşayış, 4.336-sı isə torpaq sahəsinə aiddir.