
Şəmkirdə avtomobillər toqquşub, ölən və xəsarət alan var.
“Report”un Qərb bürosunun məlumatına görə, 1992-ci il təvəllüdlü Rüstəmli Vüsal Zöhrab oğlunun idarə etdiyi “VAZ”-2110″ markalı avtomobil və Şiştəpə kənd sakini, 1991-ci il təvəllüdlü Hüseynov Orxan Qoşqar oğlunun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində “VAZ”-2110-un sürücüsü ölüb, sərnişini, 2020-ci il təvəllüdlü Rüstəmli Adəm Vüsal oğlu xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


