Magistratura imtahanında 22 777 bakalavr iştirak edəcək

Baş səhifə

Bakı. Trend:

2026/2027-cı tədris ili üçün ali təhsil müəssisələrinin
magistraturalarına qəbul üçün təsdiqlənən ərizə sayı məlum
olub.

Trend bu barədə
Dövlət İmtahan Mərkəzinin statistikasına istinadən xəbər verir.




Statistikaya görə, magistraturaya 1-ci cəhd qəbul imtahanına
qeydiyyat üçün ümumlikdə 22777 ərizə təsdiqlənib. Bunun 20786-sı
Azərbaycan bölməsi, 1991-i isə rus bölməsi üzrə təsdiqlənib.

Qeyd edək ki, magistratura üçün sənəd qəbulu dayandırılıb və
imtahan 2026-cı il fevralın 15-də keçiriləcək.