Xırdalanda anbarda yanğın olub

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Xırdalan şəhərində yanğın baş verməsi barədə məlumat daxil
olub.

Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal
əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb
olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının
bir dam altında tikilmiş bir-birinə bitişik ümumi sahəsi 1000kv.m.
olan anbarların birində baş verdiyi və yayılma riskinin yüksək
olduğu müəyyən edilib.




Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın
genişlənməsinə, o cümlədən digər anbarlara keçməsinə imkan
verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 60kv.m. olan anbarın dam
örtüyünün taxta atmaları və içərisində olan taxta məmulatları
yanıb.

Digər bitişik anbarlar yanğından mühafizə olunub.