Zelenski Ukraynada hərbi vəziyyətin 4 maya qədər uzadılması barədə qanun imzalayıb.

Baş səhifə

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynada hərbi vəziyyət
və səfərbərliyin 3 fevraldan 4 maya qədər 90 gün müddətinə
uzadılması barədə qanun imzalayıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Ali Radanın saytında
bildirilib.




Ali Rada bu qanunları yanvarın 14-də qəbul edərək hərbi vəziyyət
və səfərbərliyi 18-ci dəfə uzadıb.

Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik 24 fevral 2022-ci
ildə tətbiq edilib və o vaxtdan bəri bir neçə dəfə uzadılıb.