Bakı. Trend:
Cənubi Afrikanın Limpopo vilayətində baş verən daşqınlar
nəticəsində ölənlərin sayı 25-ə çatıb.
Trend-in
məlumatına görə, bu barədə yerli “EWN” radio stansiyası xəbər
verib.
Məlumata əsasən, yanvarın 26-da aparılan axtarış tədbirləri
nəticəsində daha altı cəsəd aşkar edilib. Üç nəfər itkin düşmüş
hesab olunur. Vilayət hakimiyyəti əvvəllər daşqın nəticəsində 19
nəfərin öldüyünü açıqlamışdı. Axtarış əməliyyatları davam edir.

