Bakı. Trend:
“Sabah”dan ayrılan Ayaz Quliyevin yeni klubu müəyyələşib.
Trend xəbər verir ki,
azərbaycanlı futbolçu karyerasını Rusiyada davam etdirəcək.
A. Quliyev “Arsenal”la anlaşıb. Bu barədə klubun mətbuat xidməti
məlumat yayıb. 29 yaşlı dayaq yarımmüdafiəçisi Tula təmsilçisi ilə
2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Ayaz Quliyev 2023-cü ilin yayından “Sabah”da çıxış
edirdi.

