AŞPA-ya yeni prezident seçilib – FOTO

Baş səhifə

Bakı. Trend:

Avstriyadan olan deputat Petra Bayr Avropa Şurasının Parlament
Assambleyasının yeni prezidenti seçilib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Bayr Avstriya parlamentinin xarici siyasət komitəsinin sədridir.
AŞPA-da keçirilən səs vermədə 164 parlamentari onun leyhinə səs
verib və beləcə, avstriyalı deputat İsveçdən olan sağçı-mühafizəkar
rəqibinə böyük səs üstünlüyü ilə qalib gəlib.

Strasburqda etdiyi çıxışda Petra Bayr AŞPA prezidenti olacağı
müddətdə, təşkilatın beynəlxalq hüquqa, sülhə və ölkələrin ərazi
bütövlüyünə sadiqliyini qoruyub saxlayacağını bildirib.




“Hüquq gücdən üstün olmalıdır, mən buna əminəm. Bütün
müqavimətlərə rəğmən biz qayda-qanuna əsaslanan dünya nizamını
qoruyub saxlamaq məcburiyyətindəyik”,-deyə o bildirib.

Bayr çıxışında Rusiyanın Ukraynaya qarşı apardığı işğal
müharibəsini qəti şəkildə pisləyir və əhalinin cəsur müqavimətini
yüksək qiymətləndirib.

Qeyd edək ki, Petra Bayra 2002-ci ildən Avstriya parlamentinin
deputatıdır.