“Qarabağ”ın sabiq futbolçusu “Xankəndi” klubuna keçib

Baş səhifə
Qarabağın sabiq futbolçusu Xankəndi klubuna keçib

“Qarabağ” klubunun əvəzedici komandasında çıxış etmiş Elvin Nəsibov II Liqa təmsilçisi “Xankəndi” ilə anlaşıb.

“Report” xəbər verir ki, bu barədə aşağı liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Son olaraq “Şəfa”nın formasını geyinən hücumçu ilə müqavilə imzalanıb.

Qeyd edək ki, Elvin Nəsibov karyerası ərzində “Kəpəz” və MOİK-in də formasını geyinib.