
İsrail Azərbaycanla ticarət-iqtisadi əlaqələrini daha da genişləndirməyi hədəfləyir.
“Report”un məlumatına görə, bunu İsrailin xarici işlər naziri Gideon Saar Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
“Məhz buna görə biz Azərbaycana böyük nümayəndə heyəti ilə gəlmişik. Nümayəndə heyətinin tərkibində təkcə İsrailin İqtisadiyyat Nazirliyindən 40-dan çox insan var. Eyni zamanda, qeyd etdiyiniz kimi, ölkələrimiz arasında turist axını artıq artıb və biz bu göstəricinin 2026-cı ildə daha da artacağını gözləyirik”, – o vurğulayıb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


