
Bakı. Trend:
Ronald Reyqan adına Vaşinqton Beynəlxalq Hava Limanı əlverişsiz
hava şəraiti səbəbindən fəaliyyətini dayandırıb.
Trend xəbər verir ki,
terminallar demək olar ki, tamamilə boşdur və bütün reyslər ləğv
olunub.
Aviaşirkət nümayəndələri hazırda vəziyyətin normala qayıtması
üçün dəqiq bir vaxt təqdim edə bilmirlər. Onlar uçuşların qismən
bərpasının yalnız bazar ertəsi günü mümkün olacağını
bildirirlər.
ABŞ-ın şimal-şərqində və cənubunda qar fırtınası səbəbindən 1
milyon ev elektrik enerjisiz qalıb. Sərt şaxtaya görə 7 nəfər
ölüb.

