Bakı. Trend:
Pakistanın iki şimal vilayətində – Gilgit-Baltistan və
Bəlucistanda qar və leysan yağışları nəticəsində beş nəfər həlak
olub.
Trend xəbər verir
ki, bu barədə yerli “Dawn” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Gilgit-Baltistanda güclü qar yağışından
sonra Diamerdəki müşahidə qülləsi evin üzərinə çökərək dörd nəfərin
ölümünə səbəb olub.
Bəlucistanda isə Job şəhərində leysan yağışı nəticəsində damın
uçması bir uşağın həyatına son qoyub, iki nəfər xəsarət alıb.
Bundan əlavə, altıdan çox insan buzlanma səbəbindən baş verən
qəzalardan sonra xəstəxanaya yerləşdirilib.
Pakistan Meteorologiya Departamenti ölkənin bəzi bölgələrində
yağış və qaryağışının davam edəcəyini proqnozlaşdırır.

