Əfqanıstanda şiddətli qış fırtınaları nəticəsində azı 60 nəfər ölüb

Baş səhifə

Bakı. Trend:

Əfqanıstanda şiddətli qış fırtınaları və dondurucu yağışlar
nəticəsində azı 60 nəfər həlak olub, daha 110 nəfər yaralanıb.

Trend xəbər verir
ki, bu barədə “Afghanistan International” məlumat yayıb.

Məlumata görə, təbii fəlakət ölkənin infrastrukturuna ciddi
ziyan vurub. Belə ki, 458 ev tamamilə və ya qismən dağılıb, 360
ailə zərər çəkib. Eyni zamanda, 620 baş mal-qaranın tələf olduğu
bildirilir.




Ən böyük ziyan dağlıq və kənd ərazilərində qeydə alınıb. Qeyd
olunur ki, bu bölgələrdə yerləşən binalar və kommunal xidmətlər
ağır hava şəraitinə davam gətirmək üçün kifayət qədər
uyğunlaşdırılmayıb.

Məlumata əsasən, Kabil, Pərvan, Pəncşir, Qəzni və Nuristan
əyalətləri təbii fəlakətdən təsirlənib.