
Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament
Assambleyasının (APA) 16-cı Plenar Sessiyasının açılış mərasimində
iştirak etmək üçün Bəhreyn Krallığına səfərə gəlib.
Bu barədə Trend-ə
parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
bildirilib.
Bəhreyn Beynəlxalq hava limanında Milli Məclisin sədrinin
başçılıq etdiyi parlament nümayəndə heyətini Bəhreyn Krallığı Şura
Məclisinin sədri Əli bin Saleh Əl-Saleh, Bəhreyn Nümayəndələr
Şurası sədrinin birinci müavini Abdulnabi Salman Ahmed,
Nümayəndələr Şurası sədrinin ikinci müavini Ahmed Abulvahed Qarata,
Nümayəndələr Şurasının komitə sədrləri Mahmud Merza Farda, Ahmed
Sabah Al-Salloom, Hasad Eid Buxammas, Mamdooh Abbas Al-Saleh,
Mohamed Moosa Mohamed, deputat Zainap Abdulameer Xalil və digər
rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Sahibə Qafarovanın APA-nın 16-cı sessiyasında
çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.


