Samuxda qəza – Ölən və yaralananlar var

Baş səhifə

Samux rayonunda mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Modern.az xəbər verir ki, hadisə rayonun Köbər kənd ərazisində qeydə alınıb.

Qəza nəticəsində 2000-ci il təvəllüdlü Əsgərov Vüqar İlqar oğlunun öldüyü, daha bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Mikroavtobusun fəhlələri daşıdığı qeyd olunur.

Faktla bağlı araşdırma aparılır.