ABŞ-də qar fırtınası 13 mindən çox reysin təxirə salınmasına səbəb oldu

Baş səhifə

Bakı. Trend:

Güclü qar fırtınasının yaxınlaşması səbəbindən ABŞ-da 24 yanvar
şənbə günündən 26 yanvar bazar ertəsinə qədər 13 mindən çox uçuş
ləğv edilib.

Trend-in
məlumatına görə, bu barədə “Bloomberg” agentliyi “FlightAware”
xidmətinin məlumatlarına istinadən bildirib.




Bildirilib ki, şənbə günü etibarilə Memfisdən uçuşların 90%-i,
Oklahoma Sitidən 76%-i və Dallas/Fort-Uortdan uçuşların 75%-i ləğv
edilib. Eyni hadisə Ostin, Şarlott və Neşvil hava limanlarında da
qeydə alınıb.

Hometown Forecast Services şirkətinin baş direktoru Rob
Kerolanın sözlərinə görə, bu fırtına ABŞ üçün 1993-cü il super
fırtınasından bəri ən güclülərindən biri ola bilər.