Gəncə güləş üzrə Azərbaycan çempionatlarına ev sahibliyi edəcək

Baş səhifə

Bakı. Trend:

Güləş üzrə Azərbaycan çempionatları Gəncədə baş tutacaq.

Trend-in
məlumatına görə, bu barədə Azərbaycan Güləş Federasiyasından
bildiriblər.

Məlumata əsasən, yarışlar Gəncə İdman Sarayında təşkil ediləcək
güləş festivalı çərçivəsində keçiriləcək. Fevralın 3–7-də
yunan-Roma və sərbəst güləş üzrə U-20 ölkə çempionatı, ardınca
qadın güləşi üzrə U-15 və U-17 yaş qruplarında birincilik, fevralın
9–13-də isə yunan-Roma və sərbəst güləş üzrə U-17 Azərbaycan
çempionatı keçiriləcək.




11 gün davam edəcək turnirlər Dünya Güləş Birliyinin (UWW)
qaydalarına uyğun təşkil olunacaq. Görüşlərdə yerli hakimlərlə
yanaşı, xaricdən dəvət olunmuş ən yüksək (I-S) kateqoriyalı
referilər də iştirak edəcəklər.

Çempionatların nəticələrinə əsasən, ilk üç yeri tutan idmançılar
müvafiq yaş qrupları üzrə milli komandaların heyətinə cəlb
ediləcəklər.

Qeyd edək ki, U-20 Azərbaycan çempionatının açılış mərasimi
fevralın 3-də, U-17 yaş qrupu üzrə açılış isə fevralın 9-da
keçiriləcək. Gəncə İdman Sarayı ötən il də güləş üzrə U-15 ölkə
birinciliyinə ev sahibliyi edib.