Salyanda 41 yaşlı kişi dəm qazından boğularaq ölüb

Baş səhifə
Salyanda 41 yaşlı kişi dəm qazından boğularaq ölüb

Salyan rayon sakini dəm qazından boğularaq ölüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Pambıqkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Paşayev Ramin Vaqif oğlu hamamda olarkən dəm qazından boğulub.

Faktıa bağlı araşdırma aparılır.