“Araz-Naxçıvan”ın futbolçusu Misli Premyer Liqasında 20-ci qolunu vurub

Baş səhifə
Araz-Naxçıvanın futbolçusu Misli Premyer Liqasında 20-ci qolunu vurub

“Araz-Naxçıvan”ın futbolçusu Ramon Maçado Misli Premyer Liqasında 20-ci qolunu vurub.

Bu barədə “Report”a Peşəkar Futbol Liqasından bildirilib.

O, Misli Premyer Liqasının XVII turunun “İmişli” ilə səfər matçında (2:2) fərqlənib.

35 yaşlı hücumçu 93-cü oyununda 20-yə çatıb. Premyer Liqada 2021/22 mövsümündə debüt edən Maçado “Neftçi”də 5, “Qəbələ”də 8, “Araz-Naxçıvan”da 7 dəfə rəqib qapısına yol tapıb.

R.Maçado Premyer Liqa tarixinə 20 və daha çox qol vuran 11-ci braziliyalı kimi düşüb. Bu siyahıya isə Reynaldo Silva başçılıq edir – 44 qol.

1. Reynaldo Silva – 44

2. Junivan Suares – 40

3. Junior Nildo – 37

4. Flavinyo – 31

5. Rafael Utziq – 26

6-8. Dodo – 23

Olavio Juninyo – 23

Kadi Borqes – 23

9. Mario Souza – 22

10. Felipe Santos – 21

11. Ramon Maçado – 20

Qeyd edək ki, Azərbaycan vətəndaşlığı olan braziliyalı Riçard Almeyda daha çox – 51 qola imza atıb.