
Türkiyə ilə Liviya arasında 17 illik fasilədən sonra Tripolidə keçirilən İqtisadi Komissiyanın iclasında Anlaşma Protokolu imzalanıb.
“Report” xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “X” hesabında yazıb.
“Enerji sahəsində iki ölkənin dövlət şirkətləri arasında neft və neft məhsullarının ticarəti mövzusunda davam edən uğurlu fəaliyyətlərin artırılmasında və çeşidləndirilməsində razılığa gəldik” , – A.Bayraktar qeyd edib.
Onun sözlərinə görə, Liviyanın quru və dəniz ərazilərində həyata keçirilməsi planlaşdırılan əməkdaşlığa dair ortaq mövqe təsdiqlənib. Bundan əlavə, bərpa olunan enerji və mədənçilik sahələrində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi də razılaşdırılıb.
Dost ve kardeş Libya ile 17 yıl aradan sonra Trablus’ta gerçekleştirdiğimiz 22. Dönem Karma Ekonomik Komisyon (KEK) Toplantısı’nı, Libya Ulaştırma Bakanı ve KEK Eşbaşkanı Sayın Muhammed Şahubi ile imzaladığımız Mutabakat Zaptı ile nihayete erdirdik.
Enerji alanında, iki ülkenin… pic.twitter.com/d913ktVEqE
— Alparslan Bayraktar (@aBayraktar1) January 24, 2026
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


