İmişlidə 2 avtomobil toqquşub – 4 yaralı var

Baş səhifə

İmişli rayonunda yol-nəqliyyat qəzası baş verib.

Modern.az-ın məlumatına görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Qəzada xəsarət alanlar rayon xəstəxanasına aparılıb. (Qafqazinfo)