“Inqrid” fırtınası İspaniyanın əyalətində həyatı iflic edib

Baş səhifə

Bakı. Trend:

İspaniyaya şimal-qərbdən daxil olan “İnqrid” adlı güclü fırtına
başda Qalisiya olmaqla bir çox bölgədə həyatı iflic edib. Güclü qar
, fırtına və şiddətli küləklər səbəbindən nəqliyyat sistemində
ciddi fasilələr yaranıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Rəsmi qurumların məlumatına görə, Qalisiya ilə Kastiliya və Leon
bölgələrində, o cümlədən 17 avtomagistral daxil olmaqla ümumilikdə
81 yol müvəqqəti olaraq nəqliyyat üçün bağlanıb. Əlverişsiz hava
səbəbindən təhlükəsizlik tədbirləri maksimum səviyyəyə
qaldırılıb.




Fırtınanın ən güclü hiss olunduğu Qalisiya bölgəsində küləyin
sürətinin saatda 160 kilometri aşması səbəbindən muxtar hökumət
həftəsonu üçün “qırmızı həyəcan” rejimi elan edib. Bölgədə bütün
idman və mədəni tədbirlər ləğv olunub.

Fövqəladə yardım xidmətləri əlverişsiz hava şəraiti ilə əlaqədar
gün ərzində 427 fərqli nöqtəyə müdaxilə edildiyini açıqlayıb. Aşmış
ağaclar, zədələnmiş tikililər və nəqliyyatda yaranan problemlər
fövqəladə xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirib.

Qeyri-sabit hava səbəbindən İspaniyanın bir çox bölgəsində qatar
reysləri müvəqqəti olaraq dayandırılıb. Rəsmilər vətəndaşlara
zərurət olmadıqca səyahət etməmələri barədə çağırış ediblər.