
Bakı. Trend:
ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin
sədri, general Den Keyn Qərb yarımkürəsinin bir sıra ölkələrindən
olan həmkarlarını, həmçinin Böyük Britaniya və Fransanı fevralın
11-də Vaşinqtonda keçiriləcək görüşə dəvət edib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, görüş narkokartellərə və digər mütəşəkkil
cinayətkar qruplaşmalara qarşı mübarizəyə həsr olunacaq.
ABŞ Müdafiə Nazirliyinin açıqlamasına əsasən, 34 ölkənin
qərargah rəisləri və yüksək rütbəli hərbi nümayəndələri ümumi
təhlükəsizlik prioritetləri barədə vahid anlayış formalaşdırmaq və
regional təhlükəsizliyi gücləndirmək məqsədilə bir araya
gələcəklər.
Nazirlik əlavə edib ki, görüş iştirakçıları möhkəm
tərəfdaşlığın, dayanıqlı əməkdaşlığın və birgə səylərin cinayətkar
və terrorçu təşkilatlara, habelə regional təhlükəsizlik və
sabitliyi pozan xarici oyunçulara qarşı mübarizə baxımından nə
dərəcədə vacib olduğunu müzakirə edəcəklər.


