Ümumi təhsil müəssisələrində qış tətilinin vaxtı açıqlanıb

Baş səhifə
Ümumi təhsil müəssisələrində qış tətilinin vaxtı açıqlanıb

Ümumi təhsil müəssisələrində 2025–2026-cı tədris ili üzrə qış tətili yanvarın 27-dən başlayacaq.

“Report” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirlib ki, Tətil 27–31 yanvar tarixlərini əhatə edəcək və 5 gün davam edəcək.

Qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Qeyd edək ki, 5 günlük və 6 günlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tətildən sonrakı ilk dərs günü 2 fevral 2026-cı il tarixidir.

MƏLUMAT YENİLƏNİR