Cənubi Koreya rəhbərliyi ABŞ-nin KXDR-ə xüsusi elçi təyin etməsini istəyir

Baş səhifə

Bakı. Trend:

Cənubi Koreyanın Baş naziri Kim Min Sok ABŞ-nin vitse-prezidenti
Cey Di Vensə Koreya Xalq Demokratik Respublikasına xüsusi elçi
göndərilməsini təklif edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Cənubi Koreyanın Baş naziri bu təklifi Ağ Evdə keçirilən görüş
zamanı irəli sürüb. Görüş onun ABŞ-yə beşgünlük səfəri çərçivəsində
baş tutub.




“Kimliyindən asılı olmayaraq Şimali Koreyaya xüsusi elçinin
göndərilməsi, münasibətləri yaxşılaşdırmaq niyyətini göstərmək üçün
bir vasitə ola bilər,” – deyə Min Sok bildirib.

Xatırladaq ki, yanvar ayında ölkənin Müdafiə Nazirliyinin
müdafiə siyasəti departamentinin direktoru Kim Hon Çxol Seulun
KXDR-ə qarşı hər hansı təxribat planının olmadığını bəyan
etmişdi.