ABŞ-nin 16 ştatında fövqəladə vəziyyət elan edildi

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin az qala yarısında son dərəcədə güclü qar çovğunu
gözlənilir. Artıq 16 ştatda, o cümlədən paytaxt Vaşinqtonda
fövqəladə vəziyyət elan edilib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Qar çovğunun elektrik təchizatında ciddi problemlərə və gündəlik
tələbat məhsullarının müvəqqəti qıtlığına səbəb ola biləcəyi
ehtimal edilir.

Bir hissəsi Böyük Düzənliklərdə (Great Plains) formalaşan soyuq
hava kütlələri cənub və mərkəzi-qərbi bölgələrə qədər olan
ərazilərə şaxtalı-qarla hava gətirəcək.




Əlverişsiz havanın azı 230 milyon sakinin yaşayışına təsir
edəcəyi bildirilir.

Ştat qubernatorları əvvəlcədən fövqəladə vəziyyət elan edərək
ölümcül təhlükə barədə xəbərdarlıq ediblər, eyni zamanda mövcud
şəraitlə mübarizə aparmaq üçün maliyyə ehtiyatlarının sərbəst
istifadəsinə imkan yaradıblar.

Cümə gününün əvvəlində ABŞ-nin cənubunda yerləşən Texas,
Luiziana, Missisipi, Alabama, Corciya, Cənubi Karolina və Şimali
Karolina ştatlarında fövqəladə vəziyyət elan olunub.