“Brent” markalı neftin qiyməti 66 dolları keçdi

Baş səhifə

Bakı. Trend:

Londonun ICE birjasında 2026-cı ilin mart ayı üzrə “Brent”
markalı neftin fyuçers qiyməti 14 yanvar 2026-cı ildən sonra ilk
dəfə olaraq bir barel üçün 66 dollar həddini aşıb.

Trend xəbər verir ki, bu
göstəricilər ticarət məlumatlarında əksini tapıb.




Bakı vaxtı ilə saat 02:31-ə olan vəziyyətə əsasən, “Brent”
markalı neftin qiyməti 0,03 faiz azalaraq 66,26 dollar səviyyəsinə
enib.

Saat 02:40-da isə “Brent” neftinin bir barelinin qiyməti
dəyişməyərək 66,26 dollar olub. Eyni zamanda, 2026-cı ilin mart ayı
üçün WTI markalı neftin fyuçersləri 0,02 faiz ucuzlaşaraq bir barel
üçün 61,30 dollara düşüb.