Bakı. Trend:
Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətinin
Dera İsmayıl Xan bölgəsində terrorçu-kamikadzenin həyata keçirdiyi
partlayış nəticəsində ən azı beş nəfər həyatını itirib, 10 nəfər
isə xəsarət alıb.
Trend xəbər verir ki, bu
barədə “The Express Tribune” nəşri yerli hakimiyyət strukturlarına
istinadla məlumat yayıb.
Bildirilir ki, hadisə yerli icma rəhbərlərindən birinin evində
təşkil olunan toy mərasimi zamanı baş verib. Terrorçu partlayıcı
qurğunu mərasim zamanı işə salıb.
Xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilib.

